"Bəziləri qazilərin adından artistlik edir..." - Rey Kərimoğlu

"Bəziləri qazilərin adından artistlik edir..." - Rey Kərimoğlu backend

"Bəzilərinin qazilər adından artistlik etdiyini görüb bu postu paylaşmağa məcbur olduq!"

Qaziler.az xəbər verir ki, bu fikirləri "Qarabağ qaziləri" İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu feysbuk səhifəsində paylaşıb. O, Türkiyəyə yardım toplanması ilə bağlı hər kəsi diqqətli olmağa çağırıb:

"Diqqətli olun, əziz dostlar! Azərbaycan Respublikası "Qarabağ qaziləri" İctimai Birliyi Türkiyədə zəlzələdən zərərçəkənlər üçün iki gündür müxtəlif yataq və geyim dəstləri toplayaraq, ümumi qərargaha təhvil verib. Proses yenə davam edir. Paralel olaraq, Ziraat bankda açılmış hesaba da köçürmələr üçün geniş işlər görülür. Biz bunu ictimailəşdirməyi məsləhət bilmirdik. Amma bəzilərinin qazilər adından artistlik etdiyini görüb bu postu paylaşmağa məcbur olduq!".

QAZİLER.AZ

Diaspora