Yardıma tələsən azərbaycanlının görüntüsü Türkiyəni duyğulandırdı - FOTO

Yardıma tələsən azərbaycanlının görüntüsü Türkiyəni duyğulandırdı - FOTO backend

Azərbaycanlı bir şəxsin Türkiyəyə kömək etmək üçün maşınına yüklədiyi yorğan-döşəklə dolu yardım paketləri qardaş ölkədə görənləri duyğulandırıb.

Qaziler.az Türkiyə mediasına istinadla xəbər verir ki, sözügedən görüntü Bakı küçələrindən birində çəkilib.

“Maddi durumu yaxşı olmayan bir vətəndaş maşınının üzərinə yüklədiyi yorğan-döşəkləri Türkiyəyə göndəriləcək yardım toplama məntəqəsinə daşıyarkən kameralara yansıyıb. Bu, Azərbaycan xalqının Türkiyənin yanında olduğunu bir daha gözlər önünə sərdi”, - Türkiyə mediasında qeyd edilib.

QAZİLER.AZ

Diaspora