Azərbaycan vətəndaşlarının təxliyəsi üçün 5 avtobus bu gün Türkiyədən yola düşəcək

Azərbaycan vətəndaşlarının təxliyəsi üçün 5 avtobus bu gün Türkiyədən yola düşəcək backend

"Türkiyənin hansı bölgəsində nə qədər vətəndaşımız olması ilə bağlı məlumatımız var".

Apa-nın Türkiyə müxbiri Tural Əsədi Qaziantepdən xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, qərargahımız işlədiyi üçün yeni zənglər daxil olur və bu məlumatlar yenilənir:

"Harada ki, vətəndaşımız azdır. Onların yaxın vilayətdəki avtobusa gəlmələrinə şərait yaradırıq. Harada vətənşımız çoxdursa, ora avtobus göndəririk. Ümumilikdə 201 nəfər artıq göndərilib. Amma sərhədə çatana kimi bu say arta bilər. Çünki yoldan da vətəndaşlarımızı götürürük. Bu gün də 5 avtobusumuz vətəndaşları toplamağa başlayacaq və Azərbaycan istiqamətinə yola düşəcəklər".

Diaspora