Əhalinin qrip əleyhinə peyvənd olunması tövsiyə edilir - Nazirlik

Əhalinin qrip əleyhinə peyvənd olunması tövsiyə edilir -  Nazirlik backend

Azyaşlıların, hamilələrin, yaşı 65-in üzərində olanların, yanaşı xəstəliyi olanların qrip əleyhinə peyvənd olunması tövsiyə edilir.

Trend xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, Səhiyyə Nazirliyi bu il ölkəyə qrip əleyhinə peyvəndlər gətirib.

"Peyvənd olunan şəxslər müəyyən qədər qrip virusundan qorunmuş hesab olunurlar. Onlar qripə yoluxsalar belə, xəstəliyi yüngül keçirirlər”, - deyə o qeyd edib.

Diaspora