Türkiyə səfiri qazi, veteran və şəhid ailəsi nümayəndələri ilə görüşdü

Türkiyə səfiri qazi, veteran və şəhid ailəsi nümayəndələri ilə görüşdü backend

Xəbər verdiyimiz kimi, bu gün "Qarabağ qaziləri" İctimai Birliyinin sədri Asəf Əliyev, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənlinin təşkilatçılığı ilə Qarabağ qaziləri, veteranları və şəhid ailələri qardaş Türkiyədə baş verən dəhşətli zəlzələyə görə başsağlığı vermək üçün Türkiyə səfirliyində olublar. 

"Qarabağ qaziləri" İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu Qaziler.az-a bildirib ki, Türkiyə səfiri Cahit Bağçı "Qarabağ qaziləri" İctimai Birliyinin sədri Asəf Əliyevi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyevi, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənlini, Çernobıl Əlilləri Cəmiyyətinin sədri Mirhəsən Həsənovu, general-leytenant Yaşar Aydəmirovu və Milli Qəhrəman Polad Haşımovun anası Səmayə Haşımovanı qəbul edir. 

QHT sədrləri Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı ilə görüşdə baş verən hadisədən sarsıldıqlarını bildirib, qardaş ölkənin ölkəmizdəki səfirinə başsağlığı veriblər.

QAZİLER.AZ

Diaspora