“2014-cü ildə 15 nəfər Bakının ümumi təhsil müəssisələrində direktor vəzifəsinə təyinat alıb”. Lent.az-ın məlumatına görə, bunu Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov deyib. C. Bayramov həmin 15 nəfərin “Bu günün və sabahın direktorları” layihəsi çərçivəsində direktor vəzifəsinə təyinat aldığını bildirib.
2015-ci ildə isə təlimlərdə 162 nəfər iştirak edib və çoxmərhələli seçim əsasında 24 nəfər ümumi təhsil müəssisəsinin direktoru vəzifəsinə təyinat alıb: “Son 2 ildə müsabiqə yolu ilə 79 nəfər yeni direktor müavini təyin edilib”.Təhsil nazirinin müavini elektron informasiya sisteminə əmək müqavilələrinin bağlanmasına dair 39775 ədəd bildiriş daxil edildiyini diqqətə çatdırıb : “46105 nəfər təhsil işçisinin elektron kadr uçotu yenidən aparılıb və bununla da tam şəffaf bir məlumat bazası yaradılıb. Təhsil alan 300 min nəfərdən artıq şagird şəbəkəsi elektron üsulla proqrama daxil edilib, sağlamlıq imkanları məhdud 4276 nəfər uşağın elektron uçotu aparılıb”.
C. Bayramovun sözlərinə görə, artıq elektron informasiya sistemində 52154 valideyn qeydiyyatdan keçib: “BŞTİ-yə tabe olan 319 təhsil müəssisəsinin saytı fəaliyyət göstərir. Onu da bildirim ki, 87 məktəbdə 3006 uşaq məktəbəhazırlıq kurslarını uğurla bitirib”.