Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI

Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı  AÇIQLANDI backend

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 298 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 102, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 106, üç və daha çox doza vaksin vurduranların sayı 68, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 22 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 944 166, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 402 808, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 877 433, üç və daha çox doza vaksin vurduranların sayı 3 398 575, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 350 təşkil edir.

Diaspora