Şuşa ilə dünyanın 6 şəhəri arasında qardaşlıq memorandumu imzalanıb - Aydın Kərimov

Şuşa ilə dünyanın 6 şəhəri arasında qardaşlıq memorandumu imzalanıb - Aydın Kərimov backend

"Minalarla çirklənmə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yenidən qurulması prosesinə mane olur və keçmiş məcburi köçkünlərin bu torpaqlara qayıtmasını çətinləşdirir".

Qaziler.az xəbər verir ki, bunu fevralın 7-də Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) birgə təşkilatçılığı ilə Şuşada minatəmizləmə mövzusunda keçirilən konfransda deyib.

Aydın Kərimov çıxış edərək Şuşanın Azərbaycan üçün əhəmiyyətindən, mədəniyyət mərkəzinin olmasından, eyni zamanda ermənilərin burada törətdiyi dağıntılardan danışıb. O həmçinin  işğaldan azad olunandan sonra Şuşada aparılan quruculuq işlərindən də söz açıb. Qeyd edib ki, Şuşanın təsdiq olunuş Baş planı əsasında keçiriləcək quruculuq işləri davam edəcək. Bütün bu quruculuq işləri mədəni irsin qorunması şərti ilə aparılacaq.

O bildirib ki, hazırda Şuşa ilə dünyanın 6 şəhəri arasında qardaşlıq memorandumu imzalanıb. Onlardan bir neçəsi Avropa şəhərləridir.

QAZİLER.AZ

Diaspora