Xilasedicilərimiz Kahramanmaraşda əməliyyatlara cəlb edilib

Xilasedicilərimiz Kahramanmaraşda əməliyyatlara cəlb edilib backend

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatlarına cəlb edilib.

"Report"un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, səhər saatlarında Kahramanmaraşa çatan Azərbaycan FHN-in əməkdaşları dağıntılar altından insanların xilas edilməsi istiqamətində fəaliyyətə başlayıblar.

Hazırda axtarış-xilasetmə əməliyyatları aparılır.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə FHN-in 420 nəfər şəxsi heyəti qardaş ölkəyə göndərilib.

Diaspora