Qarabağ qazisi Tahir Rzayev vəfat edib - FOTO

Qarabağ qazisi Tahir Rzayev vəfat edib - FOTO backend

Fevralın 6-da Qarabağ qazisi Rzayev Tahir Yelmar oğlu vəfat edib.

Bu barədə Qaziler.az-a Rey Kərimoğlu məlumat verib.

O bildirib ki, Ağdam rayonunun Xıdırlı kəndində dünyaya gələn qazi 1990-cı illərdə Azərbaycanın Milli qəhrəmanı, polkovnik-leytenant şəhid Şirin Mirzəyevin batalyonunda döyüşən ilk əsgərlərindən olub.

Tahir Rzayev şərəfli və ağır döyüş yolu keçib. Döyüşlər zamanı yaralanıb və ikinci qrup Qarabağ əlili idi. İki oğlu və iki nəvəsi var. 

Dünyasını dəyişən qazi elə bu gün Sulutəpə qəbiristanlığında dəfn edilib.

“Qarabağ qaziləri” İctimai Birliyi, Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun, QAZİLER.AZ saytının kollektivləri Tahir Rzayevin vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə başsağlığı verir!

Allah rəhmət eləsin!

QAZİLER.AZ

Diaspora