"Qardaş Türkiyəmizdə baş verən güclü zəlzələ nəticəsində meydana gələn çoxsaylı insan itkisi və dağıntı Azərbaycanda da dərin üzüntüyə səbəb olub. Hər zaman olduğu kimi çətin günlərdə, acı və kədərdə də Azərbaycan Türkiyə ilə birlikdədir. Qardaşlığın gərəyi olaraq dövlətimiz yardıma tələsən ilk ölkə oldu. Biz də cəmiyyət olaraq zəlzələdən zərər görən qardaşlarımıza maddi və mənəvi olaraq əlimizdən gələn köməyi etməliyik. Bu həm də insanlıq borcumuzdur".
Qaziler.az xəbər verir ki, bu fikirlər politoloq Nazim Cəfərsoyun feysbuk səhifəsində paylaşılıb. Bildirilib ki, zəlzələdən zərər görənlərə dəstək göstərilməsi məqsədilə Türkiyə Məzunu İşadamı və Ziyalılar Platformu yardım kampaniyası başladıb. Yardımların çatdırılması isə operativ şəkildə həyata keçiriləcəkdir.
Yardım kampaniyasında iştirak etmək istəyənlər vəsaiti aşağıda qeyd edilən bank hesabına köçürə bilərlər:
Azərbaycan Beynəlxalq Bankı:
Ad, Soyad: NAZIM JAFAROV
Valyuta: AZN
Qəbul edənin bankı: ABB Bank OJSC
KART Nömrəsi: 4127 2093 0983 2506
(Kart Nazim Jafarov adınadır)
Kartın İBAN nömrəsi: AZ45IBAZ33881019442223262355
Müxbir hesab: AZ03NABZ01350100000000002944
SWIFT: IBAZAZ2X
Bank kodu: 805250
E-manat ilə: E-manat - Bank xidmətləri - Azərbaycan Beynəlxalq Bankı - Fiziki şəxslər - karta mədaxil - fin kod və müştəri kodu
Fin: 2AMRR6Z
Müştəri kodu: 2223262
4127 2093 0983 2506- mobil ödəmə üçün;
Qeyd edilib ki, Yardımın toplanması və ehtiyac sahiblərinə çatdırılması Üzeyir Rəhimov, Firdovsi İbrahimov, Asif Qurban, Elza Səmədli, Kamran Musayev, Ehtiram Quliyev, Nazim Cəfərsoy, Telman Nüsrətoğlu, Zəminə Ziyayeva, Cavid Aydın, Habil Alısoy, Kamil Ağacan, Rizvan Qənberli, Fariz Cəmili, Rövşən Abdülhəsənov , Orxan Vəliyev və Araz Aslanlıdan ibarət komissiya tərəfindən həyata keçiriləcəkdir.
QAZİLER.AZ