Prezident İlham Əliyevin tapşırığı ilə FHN xilas etmə qüvvələri Türkiyəyə yola salınır.
Trend xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) 370 nəfərlik heyəti artıq Heydər Əliyev Hava Limanına gəlib.
Hazırda heyətin Türkiyəyə yola düşməsi üçün son tamamlama işləri görülür
Qeyd edək ki, bu gün Türkiyənin müxtəlif bölgələrində 7.4 bal gücündə zəlzələ olub. İndiyədək zəlzələ nəticəsində ölənlərin sayı 284 nəfəri keçib. 2323 nəfər yaralı var.