Ağdam rayonunun Şıxbabalı kəndinin bir qrup sakini 2022-ci ilin dekabrında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovun göstərişi ilə 1992-ci ildə şəhid olan və kənd qəbiristanlığında dəfn edilən 3 şəhidin qəbrini ziyarət etmişdilər.
Şəhidlərin ailə üzvləri rəsmi icazəylə Şıxbabalı kəndinə gedərək Əliyev Habil Əkbər oğlunun, Rəhimov Müşviq Əyyub oğlunun və Əliyev Mübariz Fikrət oğlunun qəbrini ziyarət edib, hər üç şəhidin məzarına gül dəstələri qoyub və ruhuna dualar oxuyublar.
Ziyarətdə iştirak edən Qaziler.az saytının Baş redaktoru Rey Kərimoğlu bildirirb ki, bununla bağlı Şıxbabalı kəndinin bir qrup kənd sakini, şəhid ailələri, qaziləri Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynova müraciət edərək öz minnətdarlıqlarını bildiriblər. Müraciətdə deyilir:
"Hörmətli Emin müəllim!
Müzəffər Ali Baş komandanımızın rəhbərliyi ilə 2020-ci ilin sentyabrın 27-dən-noyabrın10-na qədər aparılan və Şəhidlərimiz, Qazilərimiz başda olmaqla qəhrəman döyüşçülərimizin 44 günlük zəfər döyüşləri nəticəsində 30 illik erməni işğalına son qoyuldu. Vətən torpaqları işğaldan azad edildi. Hər bir məcburi köçkün, xaraba qalsa da, öz doğma yurduna – kəndinə səfər etmək istəyir. Dövlətimiz bununla bağlı müxtəlif addımlar da atdı ki, insnalarımız öz ata-baba yurdlarına baş çəkə bilsinlər.
Biz Ağdam rayonunun Şıxbabalı kənd sakinləri də kəndimizə getmək istədik. Ən əsası da kəndimizin 11 şəhidindən 3-nün kənidimizin ermənilər tətəfindən dağıdılmış qəbristanlığındakı məzarını ailə üzvləri ilə birlikdə ziyarət etmək istəyirdik. Qeyd edək ki, Şəhidlərimiz – Müşfiq Rəhimov, Habil Əliyev və Mübariz Əliyevin məzarları bir müddət əvvəl kənd sakinlərimizin təşəbbüsü ilə aşkaralanaraq səliqəyə salınmışdı.
Bu məqsədlə qəbulunuza yazılaraq, Sizə mürəciət etdik. Çox sağolun, Sizin tapşırığınızla müavininiz Bəşir müəllim, nümayəndəliyin əməkdaşları kənd sakinlərinin nümayəndələrini böyük diqqət və qayğı ilə qarşılayıb, qəbul etdilər. Nəticədə 20 nəfərdən ibarət bir qrup Şıxbabalı sakini olaraq kənd qəbristanlığındakı Şəhidlərimizin məzarlarını ziyarət etdik, kəndimizə baş çəkdik.
Biz Ağdam rayonu Şıxbabalı kənd çamaatı olaraq bu minnətdarlığı Sizə unvanlamağı özümüzə borc bildik. Bizim minnətdarlığımızı və şükranımızı cənab Prezidentimizə də çatdırmağınızı xahiş edirik.
Dünya yaxşıların, yaxşılıqların, nur adamların çiyinləri üstündə durur xeyirxahlığı ilə, saflığı ilə dünyanı çökməyə qoymurlar.
Hörmətli Emin müəllim!
Ağdam rayonu Şıxbabalı kənd camaatına etdiyiniz yaxşılığa, 30 il sonra düşmənlərimiz tərəfindən dağıdılmış el-obamıza, xüsusilə darmadağın edilmiş məzarlıqlarımıza, Şəhidlərimizin qəbirlərini yad etməyimiz üçün göstərdiyiniz köməkliyə görə Cənab Prezidentimizə, Sizə, DİN-nə, ANAMA-ya, Sizlərin tabeliyində olan yanımızdan bir an belə ayrılmayan əməkdaşlarınıza və əziyyəti olan hər bir şəxsə dərin təşəkkürümüzü bildiririk!
Şəhidlərimizin ruhu daima şad olsun!
Allah Sizdən razı olsun!"
QAZİLER.AZ
