Səfər 3 gün davam edəcək
Beynəlxalq səyahətçilərin erməni işğalından azad olmuş Azərbaycan ərazilərinə səfəri başlayıb.
QAZİLER.AZ Trend-ə istinadən verdiyi xəbərə görə, ilk təyinat məntəqəsi Xocavənd rayonunda yerləşən Azıx mağarası olub.
Qeyd edək ki, 30 nəfərlik heyətə 12 ölkənin - ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya, Rusiyanın səyyah elitasında yer alan nüfuzlu şəxslər daxildir. Xarici səyahətçilər qrupu üç gün ərzində Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə hərəkət edəcək.
Son 2 il ərzində dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin (Etic, MTP, TCC) geniş nümayəndə heyəti tərəfindən Qarabağ və Şərqi Zəngəzura 5 səfər baş tutub.