Xalq şairinin Şəmistan Əlizamanlıya ithaf etdiyi şeir...

Xalq şairinin Şəmistan Əlizamanlıya ithaf etdiyi şeir... backend

Bu gün Azərbaycanın ilk hərbi diktoru, vətənpərvərlik mahnılarının sevilən və əvəzsiz ifaçısı dəyərli Şəmistan Əlizamanlının doğum günüdür! Azərbaycanın Xalq Şairi Musa Yaqub 2016-cı il aprel döyüşləri zamanı cəbhəyə səfər edən, efirlərdə vətənpərvərlik ruhunu yüksəldən çıxışlar, mahnılar ifa edən Ş.Əlizamanlıya bir şeir ithaf edib. Şeir bədahətən deyilib, sonra qələmə alınıb.

 

QAZİLER.AZ saytı həmin şeiri oxuculara təqdim edir.

 

***** *****

 

Bəlkə bir az unutmuşduq,

Vətən saldı yada səni!

Ana torpaq deyən kimi,

Qaldırdı bu səda səni!

"Qələbə müjdəsinədək!"

Heç tutmasın xəta səni!

Bir döyüşkən oğul bilir

Ata səni, ana səni!

Əgər Vətən çağırsa

Ellər verməz bada səni!

 

Musa Yaqub

2016-cı il, 02 aprel.

 

 

 

Diaspora