TƏBİB-dən istefa verən Ramin Bayramlı harada işləyir?

TƏBİB-dən istefa verən  Ramin Bayramlı harada işləyir? backend

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin keçmiş sədri Ramin Bayramlı yenidən ATU-nun Mikrobiologiya və immunologiya kafedrasında dosent vəzifəsində çalışır”.

Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətinin rəhbəri Günel Aslanova bildirib.

“O, sədr vəzifəsindən istefa verdikdən sonra bir müddət ATU-da müəllim kimi müqaviləsini yeniləməmişdi. Hazırda onunla yenidən müqavilə bağlanıb, universitetin Mikrobiologiya və immunologiya kafedrasında müəllim kimi fəaliyyət göstərir”, - deyə G.Aslanova əlavə edib.

Qeyd edək ki, TƏBİB-in idarə heyətinin keçmiş sədri Ramin Bayramlı uzun müddətdən sonra ilk dəfə ictimai tədbirdə görünüb. Hazırda Azərbaycan Tibb Universitetinin Mikrobiologiya və immunologiya kafedrasının dosenti vəzifəsində çalışan R.Bayramlı bir neçə gün əvvəl universitetin professoru Arif Əfəndiyevin 80 illik yubileyi münasibətilə keçirilən konfransda iştirak edib.

Diaspora