Rayondakı problemlər araşdırılacaq
Anar Kərimov Ucarda vətəndaşları qəbul edəcək
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov fevralın 14-də Şamaxı rayonunda həmin rayonun sakinlərini qəbul edəcək.
QAZİLER.AZ-ın Trend-ə istinadən verdiyi məlumata görə, qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaşlar 3-9 fevral tarixlərində nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya 142 - Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.