Şənbə və bazar günü ərzində ölkədə ümumilikdə 27 yol qəzası baş verib Həftə sonu ölkə ərazisində baş verimiş yol qəzaları 6 nəfərin həyatına son qoyub. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, şənbə və bazar günləri ölkədə ümumilikdə 27 yol qəzası baş verib. Nəticədə 6 nəfər ölüb, daha 35 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Ölümlə nəticələnən qəzalar Füzuli, Qəbələ, Goranboy rayonlarında, eləcə də Bakıda və Sumqayıtda qeydə alınıb.Hər bir faktla bağlı araşdırma aparılır.