Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonkanı və Serbiyanın Azərbaycandakı səfiri Neboyşa Rodiçi qəbul edib.
QAZİLƏR saytının Müdafiə Nazirliyinin saytına istinadən yaydığı xəbərə görə, görüş zamanı müdafiə naziri səfirlərə regiondakı hərbi-siyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib. Nazir Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini, bunun nəticəsində sülh prosesinin yubandığını və danışıqların uzanmasının bölgədəki şəraitə mənfi təsir göstərdiyini diqqətə çatdırıb.Görüşdə Azərbaycanla hər iki ölkə arasında hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə olunub.