Qaradağ rayonu, Lökbatan qəsəbısindəki 139 saylı orta məktədbə Şəhid Elxan Həsənovun anım tədbiri keçirilib.
Qaziler.az bildirir ki, tədbirdə şəhidin anası Zeynəb Həsənova, millət vəkili Aydın Hüseynov, Qaradağ rayonu İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, 139 saylı məktəbin direktoru İntizar İsmayılova, "Qarabağ qaziləri" ictimai birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu, qazi xanım Aida Şirinova çıxış etdi.
Tədbirdə "Bos Şelf" şirkətinin insan hüquqları üzrə meneceri Qalib Həsənov da iştirak edib.
Tədbir "Qarabağ qaziləri" ictimai birliyinin Qaradağ filialının və məktəb rəhbərliyinin təşkilatçılığı ilə keçirilib.
Çıxışçılar qəhrəmanın döyüş yolundan danışdılar. Məktəbin şagirdləri tərəfindən hazırlanan şəhidin döyüş yolundan bəhs edən kompozisiya təqdim olundu.
Tədbirdə həm 1990-cı illərin , həm də 44 günlük Vətən müharibəsinin iştirakçıları çıxış ediblər.
Qeyd edək ki, Elxan Həsənov 139 saylı məktəbdə müəllim işləyib. Şəhidin müəllim yoldaşları da çıxış edərək onunla bağlı xatirələrini bölüşdülər.
"Qarabağ qaziləri" ictimai birliyinin Qaradağ filialının sədri Əvəz İsmayılov çıxış edərək birliyin sədri Asəf Əliyevin adından iştirakçıları salamladı.
Tədbirin sonunda təhsildə fərqlənən şagirdlərə diplomlar və hədiyyələr təqdim edilib.
QAZİLER.AZ