Həbsdə olan jurnalist Sənan Abdullayevin anası dövlət başçısına müraciət edib

Həbsdə olan jurnalist Sənan Abdullayevin anası dövlət başçısına müraciət edib backend

Həbsdə olan jurnalist Sənan Abdullayevin (Sənan Həsənoğlu) anası Solmaz Kazımova oğlunun əfv olunması xahişi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlayıb.

70 yaşlı Solmaz Kazımova yaşından irəli gələn ağır xəstəlikdən əziyyət çəkdiyini, eləcə də 3 övladı və 2 nəvəsi olan S.Abdullayevin ailəsinin maddi durumunun açınağaqlı olduğunu nəzərə alıb oğlunun əfvini xahiş edib. Müraciətdə bildirilir ki, S.Abdullayev jurnlaistika ilə məşğul olduğu 30 il ə yaxın müddət ərzində daim dövlətçiliyə və Ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiq olub. O, 1993-cü ildən 2003-cü ilədək "Ədalət", "Odlar yurdu",  "Soydaş" və başqa kütləvi informasiya vasitələrində repartyor olaraq, 2003-cü ildən 2020-ci ilədək isə "SPACE" ,  ATV və AzTV-nin Qarabağda bölgə müxbiri kimi fəaliyyət göstərib, 2016-cı ilin Aprel döyüşləri zamanı AzTV-nin Qarabağ bölgə müxbiri kimi, onun peşəkarlığı hərbi komandanlıq tərəfindən fəxri diplomla qiymətləndirilib: “Əksər insanlar kimi mənim övladım Sənan Abdullayevin də günahı var və mən bunu inkar edə bilmərəm. Mənim 70 yaşım var, yaşımdan irəli gələn ağır xəstəliklərə düçar olmuşam. Sənanın 3 övladı və 2 nəvəsi var. Demək olar ki, ailəsinin maddi durumu acınacaqlıdır. Sənan 2-ci tip kardioloji xəstədir, ikinci qrup gözdən əlildir, ürəyində 7 stenti var və ağır şəkər xəstəsidir. Birinci Qarabağ müharibəsi iştirakçısıdır.
         
Möhtərəm cənab Prezident! 

Sizdən ağbirçək ana kimi xahiş edirəm ki, oğlum Sənan Abdullayevin törətdiyi əməlin ictimai təhlükəsizlik dərəcəsini, ilk məhkumluğunu, törətdiyi əməldən səmimi peşman olduğunu və zərərçəkənlərlə barışıq əldə etdiyini nəzərə alaraq, onun əfv olunmasına köməklik göstərəsiniz”.
Qeyd edək ki, Sənan Abdullayev Gəncə Ağır Cinayətlər Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub və artıq 18 aydır ki, həbsdədir.

Diaspora