Sabiq MTN əməkdaşının cinayət işinə xitam verildi - RƏSMİ

Sabiq MTN əməkdaşının cinayət işinə xitam verildi - RƏSMİ backend

Bakı Apelyasiya Məhkəməsi belə qərar verdi

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general-mayor Nizami Şirinovla birgə həbs olunmuş nazirliyin əməliyyat müvəkkili Nadir Nəzirov azadlığa buraxılıb.

Qaziler.az xəbər verir ki, bu barədə Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən iclasda qərar verilib.

Beləliklə, Nadir Nəzirovun cəlbetmə müddəti keçdiyi üçün onunla bağlı cinayət işinə xitam verilib. O, məhkəmə zalından azadlığa buraxılıb. Nadir Tahirov Bakı Hərbi Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Sabiq MTN-çilər sahibkarları MTN-ə çağıraraq hədə-qorxu yolu ilə külli miqdarda rüşvət almaqda ittiham edilirdilər. 30-a yaxın sahibkar şikayətçi idi. Təkcə iş adamı Hüseyn Səfərovdan 4 milyon dollar rüşvət alınmışdır. O, əməkdaşımıza bu qərardan Ali Məhkəməyə şikayət verəcəyini bildirib. 

QAZİLER.AZ

Diaspora