Nazirdən Səhlab Bağırovun yerinə YENİ TƏYİNAT

Nazirdən Səhlab Bağırovun yerinə  YENİ TƏYİNAT backend

Daxili İşlər Nazirliyi (DİN) Əlahiddə Çevik Polis Alayına yeni komandir təyin edilib.

Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovniki Ramil Priyev Alayın Qərargah rəisi təyin olunub.

Qeyd edək ki, daha əvvəl Əlahiddə Çevik Polis Alayının komandiri polis general-mayoru Səhlab Bağırov idi. O, ötən ay vəzifəsindən azad edilərək DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin nəzdində yerləşən mərkəzə rəhbər təyin olunub.

Diaspora