Bəhruz Məmmədova ANAMA-da yüksək vəzifə verildi - Sərəncam

Bəhruz Məmmədova ANAMA-da yüksək vəzifə verildi - Sərəncam backend

Azərbaycan Prezidentinin 2023-cü il 28 yanvar tarixli müvafiq sərəncamı ilə Bəhruz Əmir oğlu Məmmədov Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilib.

Qaziler.az xəbər verir ki, bu barədə ANAMA-dan məlumat verilib.

Bildirilib ki, bu gün Bəhruz Məmmədov kollektivə təqdim olunub.

B.Məmmədovu kollektivə Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov təqdim edib.

Qeyd edək ki, B.Məmmədov müvafiq təyinatadək Azərbaycan Nazirlər Kabineti Aparatının Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsi müdirinin müavini vəzifəsində çalışıb.

Diaspora