Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru vəzifəsini icra edən şəxs müəyyənləşib.
Oxu.Az xəbər verir ki, yeni təyinata qədər direktor səlahiyyətlərinin icrası müvəqqəti olaraq Gəncə şəhər Abbas Səhhət adına 1 saylı Xəstəxananın baş həkimi İlkin İsmayılova həvalə edilib.
Qeyd edək ki, İ.İsmayılov daha əvvəl də Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktorunu müxtəlif zamanlarda əvəz etmişdi.