Səfirlik əməkdaşları təxliyyə edildi
Səhər saatlarında Tehrandakı səfirliyimizin boşaldılması haqqında məlumat verilmişdi. Hazırda səfirlik əməkdaşlarının, Şəhid Orxan Əsgərovun nəşi, yaralılarımız xüsusi ayrılmış təyyarə ilə Vətənə yola salınıb. Xatırladaq ki, təyyarə dünəndən İranın hava limanında Şəhidimizin nəşini götürmək üçün gözləyirdi.