Şəhid Orxan Əsgərovun nəşi bu gecə Bakıya göndəriləcək

Şəhid Orxan Əsgərovun nəşi bu gecə Bakıya göndəriləcək backend

Şəhidin ailə üzvləri məlumat verib

Dünən Tehranda səfirliyimizə olunan silahlı basqın zamanı səfirliyin mühafizə xidmətinin rəisi DTX zabiti, baş leytenant Orxan Əsgərov Şəhid oldi, digər soydaşımız isə Vasif Tağıyev isə silahlını zərərsizləşdirməyə nail olsa da yaralanıb. 

Ailə üzvlərinin verdiyi məlumata görə Şəhidin nəşi hələ Azərbaycana gətirilməyib. Onun bu gün gecə reysi ilə İrandan göndərilməsi gözlənilir. Şəhidin bibisi bildirib ki, Orxanın həyat yoldaşının vəziyyəti pisdir. 

Allah Şəhidimizə rəhmət eləsin. Ümid edirik ki,cinayərkar cəzasız qalmayacaq. Əgər sifarişlə olan bir terror aktıdısa o zaman İran Azərbaycandan layiqli cəzasını alacaq.

Yaralı soydaşımız Vasif Tağıyev də zərbələrdən xəsarət aldığı üçün xəstəxanaya yerləşdirilib. Səfirlik binasına hücum edən şəxs əlindəki avtomatla ətrafa atəş açıb, bunu görən Vasif isə avtomatı onun əlindən almağa çalışıb. Bu zaman terrorçu silahı vermək istəməyib, avtomatın qundağıyla Vasifin çiyninə, sinəsinə zərbələr endirirmiş. Bütün bunlara baxmayaraq Vasif çətinliklə də olsa onu tərki-silah edərək, səfirlik binasında olan soydaşlarımızın həyatını təhlükədən qurtarıb.

QAZİLƏR.AZ

 

 

Diaspora