Azərbaycanlılar Həcc ziyarətinə yola düşdülər

Azərbaycanlılar Həcc ziyarətinə yola düşdülər backend

ANS TV-nin məlumatına görə, bu gündən zəvvarların ilk qrupu Heydər Əliyev Beynəlxalaq Hava Limanından yola salınıb. Zəvvarlar 40-50 nəfərlik qruplara bölünüblər. Onlara təlimatlar keçirilib. Sentyabrın 15-ə qədər Azərbaycandan 2400 zəvvar xüsusi təyyarələrlə müqəddəs şəhərə yola düşərək Mədinə şəhərindən ziyarətlərini başlayacaqlar. Məkkədə bütün vacib əməlləri yeriən yetirdikdən sonra sentyabrın 29-dan etibarən hacılar geri yatmağa başlayacaqlar. Geri dönüş oktyabr ayının əvvəlinə kimi davam edəcək. Qrup rəhbəri Hacı Müşfiq açıqladı ki, zəvvarlara dini ayinlər haqqında gündəlik təlimat verilir. Məkkə və Mədinədə yerinə yetiriləcək işlər rəhbərliklə birlikdə həyata keçiriləcək.

QMİ-nin işlər müdiri Hacı Həmdulla Babayev bu il əvvəlki illərə nisbətən daha çox həkim briqadalarının cəlb olunduğunu deyir.

Həmçinin zəvvarlar Məkkəddə çox gözəl otellərlə təmin olunub. Bu barədə İnsanlar da artıq maaarifləndirilib. Yəni əmələləri necə yerinə yetirmək üçün kurslar keçirilib.