Respublika Qızıl Aypara Cəmiyyətinin xətti ilə Qusarda beynəlxalq ilk yardım günü ilə bağlı tədbir keçirilib. Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara hərəkatlarının dəstəyi ilə hər il sentyabrın ikinci həftəsi dünyada ilk yardım günü kimi qeyd olunur. Burada əsas məqsəd baş verən müxtəlif hadisələrdə insanların həyatını xilas etmək üçün həkimə qədər mülki şəxslərin necə yardım göstərməsini öyrətməkdir.
" Elə bir hal,hadisə ola bilər ki,məsələn ,ətrafda heç kim olmasın və zərərçəkənlə təkbətək düşəsən və bu hallarda ilk yardım vərdişlərinin bilinməsi o insanın həyatını xilas edər." Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İcra katibinin müavini Səbinə Nur Məhbubi deyir.Respublika Qızıl Aypara cəmiyyətinin ilk yardım mütəxəssisi Şahin Qələndərli qusarlılara baş verən hadisələrdə qanaxmalar, sınıqlar və s. hallar olarsa, sadə üsulla yaralanan şəxsə necə yardım göstərilməsi barədə ətraflı məlumat verib.