Milli Məclisin təcili iclası çağrıldı

Milli Məclisin təcili iclası çağrıldı backend

Milli Məclisin növbədənkənar iclası çağırılıb. ANS PRESS-in məlumatına görə, sentyabrın 14-də keçiriləcək plenar iclasda Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamə müzakirə ediləcək. İclasın gedişatından deputatların çıxışlarından asılı olaraq qərar qəbul ediləcək.

Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə Azərbaycan rəsmiləri də münasibət bildirib.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Avropa parlamentinin qəbul etdiyi qətnaməyə münasibət bildirib. Onun sözlərinə görə, qəbul edilən qətnamə Qərbdəki bəzi islamofob, ermənipərəst dairələrin Avropa Parlamentinə təzyiqinin nəticəsidir.

O, qətnamədə adları qeyd olunan şəxslərin Azərbaycanda konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb olunduqlarını nəzərə çatdırıb və qeyd edib ki, konkret cinayət əməlləri törətdiyi açıq məhkəmədə faktlar və şahid ifadələri əsasında sübut olunmuş bəzi şəxslərin işini qərəzli şəkildə siyasiləşdirən Avropa Parlamenti bununla hüququn aliliyinə hörmətsizlik nümayiş etdirir.

Əli Həsənov Avropa Parlamentinin son qətnaməsinin Azərbaycan-Avropa əlaqələrinə təsirindən danışarkən bildirib ki, Azərbaycan əməkdaşlığı davam etdirmək niyyətindədir. “Lakin Azərbaycan heç vaxt kimlərinsə dominantlıq iddiasını qəbul etməyəcək, “böyük-kiçik” münasibətlərini tətbiq etmək cəhdlərinə yol verməyəcək”.
Diaspora