Azərbaycanlı tələbələr Belçika və İngiltərədə təcrübə keçəcəklər

Azərbaycanlı tələbələr Belçika və İngiltərədə təcrübə keçəcəklər backend

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) təcrübə keçmək üçün Belçika və İngiltərəyə təcrübəyə göndərilən tələbələrlə görüş keçirilib.


AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov tələbələrə uğurlar arzulayıb və yüksək ixtisaslı, o cümlədən aqrar mühəndis kadrlara tələbatın lazımi səviyyədə ödənilməsinin vacibliyindən danışıb. Bildirib ki, bir neçə ildir tələbələrin respublikamızda fəaliyyət göstərən şirkətlərlə yanaşı, dünyanın aparıcı təhsil və istehsalat müəssisələrində təcrübələri də təşkil olunur. Yaxın günlərdə Belçika və İngiltərəyə yola düşəcək bu tələbələr ağır texnika və yük atomobillərinin Azərbaycana idxalını və satışını həyata keçirən, dünyanın 14 aparıcı şirkətinin rəsmi təmsilçisi olan “Grand Motors” Məhdud Məsuliyyətli Cəmiyyətin dəstəyi ilə müxtəlif kənd təsərrüfatı texnikaları istehsal edən zavodlarda təcrübə keçəcəklər. Bu, “Aqrolizinq” ASC-nin xətti ilə ölkəmizə gətirilən müasir texnikaların yüksək səviyyədə istismarına xidmət göstərə biləcək kadrların hazırlanmasına öz töhfəsini verəcək.

Görüşdə tələbələr çıxış edərək onlara göstərilən etimadı doğruldacaqlarına söz veriblər.
Diaspora