"Yanvarın 19-da, axşama doğru Avropa Parlamentinə bir informasiya sorğusu göndərdim. Səhəri gün – yanvarın 20-də sorğuda yazdığım bütün suallara yetərincə aydın, dəqiq cavab aldım".
Qaziler.az xəbər verir ki, bu barədə Əməkdar jurnalist Azər Həsrət paylaşım edib. O, ölkədə dövlət qurumlarının laqeydliyini müqayisəli şəkildə bu cür izah edib:
"Yanvarın 23-ü, günün birinci yarısında Azərbaycanın iki dövlət qurumuna informasiya sorğusu göndərmişəm. Artıq iş günü bitib, hələ ki, heç birindən reaksiya yoxdur.
Sonra da deyirik ki, Avropa Parlamenti niyə Azərbaycana qarşı qərəzli qətnamə qəbul edir?.."
QAZİLER.AZ