Tərtərdə kompüter kursunu uğurla bitirənlərə sertifikatlar təqdim edildi

Tərtərdə kompüter kursunu uğurla bitirənlərə sertifikatlar təqdim edildi backend

Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev və Azərbaycanda Minadan Zərərçəkənlər Asossasiyası ictimai birliyinin sədri Rey Kərimoğlu “Mina qurbanlarının və onların ailə üzvlərinin cəmiyyətə reinteqrasiyası” layihəsi çərçivəsində Tərtər rayonuna gediblər.

Qaziler.az bildirir ki, Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Mina qurbanlarının və onların ailə üzvlərinin cəmiyyətə reinteqrasiyası” layihəsi çərçivəsində 20 nəfər minadan, müharibədən zərərçəkənə və onların ailə üzvləri üçün kompüter kursu keçirilmişdi.

Kursu uğurla başa vuranlara sertfikatlar təqdim edilib.

QAZİLER.AZ

Diaspora