“Toppuş bacı”nın vəsiyyəti açıqlandı

“Toppuş bacı”nın vəsiyyəti açıqlandı backend

Əməkdar artist Tünzalə Əliyevanın dəfn olunacağı tarix və yer açıqlanıb.

Bu barədə “Toppuş bacı”nın həmkarı Ülviyyə Əliyeva Axşam.az-a məlumat verib.

O bildirib ki, aktrisa sabah dəfn olunacaq:

“Atası Gəncədən gəlir. O gələndən sonra nəşi Heydər Əliyev məscidinə aparılacaq. Dəfn mərasimi sabah olacaq. Əvvəl deyirdilər ki, Gəncədə torpağa tapşırılacaq. Amma özü vəsiyyət edib ki, Bakıda dəfn olunum. Övladım məzarımı ziyarət edə bilsin. Qərar atası gələndən sonra veriləcək”.

Aktrisanın bacısı Zülfiyyə mərhumun Xırdalan qəbiristanlığında torpağa tapşırılacağını bildirib. 

“Bacımla vida mərasimi sabah keçiriləcək. Sevənləri onunla Heydər məscidində vidalaşa bilərlər”, - deyə, aktrisanın bacısı əlavə edib. 

Qeyd edək ki, T.Əliyeva bu gün səhər saatlarında Milli Onkologiya Mərkəzində vəfat edib. Sənətçinin bir qız övladı var. 

loading...
Diaspora