Xəbər verdiyimiz kimi, xərçənglə mübarizə aparan əməkdar artist Tünzalə Əliyeva dünyasını dəyişib.
Qaziler.az xəbər verir ki, əməkdar artistin həyat yoldaşı Röyal sosial şəbəkədə foto paylaşıb.
O, bu sözləri qeyd edib: “Sən gördüyüm, tanıdığım ən gözəl insan, həyat yoldaşı idin. Həm ata, həm ana, həm bacı, həm qardaş oldun, ən yaxın dostum idin. Mən səndən çox razı oldum. Allah da səndən razı olsun. Mənim gözəl həyat yoldaşım, inşallah qiyamətdə görüşərik”.
Teleqraf.com