Minimum əmək pensiyası 280 manata qaldırılır

Minimum əmək pensiyası 280 manata qaldırılır backend

Əmək pensiyasının minimum məbləğinin artırılmasına dair qanun layihəsi Milli Məclisə daxil olub.

Apa-nın xəbərinə görə, “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, əmək pensiyasının minimum məbləği 240 manatdan 280 manata qaldırılır.

Qanun qəbul ediləcəyi təqdirdə 1 yanvar 2023-cü ildən qüvvəyə minəcək.

Qanun layihəsi yanvarın 23-də parlamentin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirə ediləcək. Eyni zamanda fevralın 1-də Milli Məclisin yaz sessiyası çərçivəsində keçiriləcək ilk iclasının gündəliyində yer alacaq.

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” 5 yanvar 2023-cü il tarixli sərəncama əsasən, Nazirlər Kabinetinə 10 gün müddətində əmək pensiyasının minimum məbləğinin 280 manata çatdırılmasına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılmışdı.

loading...
Diaspora