DİN rəsmisi açıqlama verdi

DİN rəsmisi açıqlama verdi backend

Axtarışda olan manyak tutuldu

Bir neçə gündür ölkə gündəmini zəbt edən "manyak" axır ki, tutuldu. Azyaşlılara qarşı qeyri-etik hərəkətlər edən şəxs əsasən Nərimanov ərazisində görünürdü. O, azyaşlı məktəblilərin kabusuna çevrilmişdi. Bu haqda DİN-ə məlumat verildiyi andan onun axtarışı ilə bağlı tədbir görülüb. Lakin o məsuliyyətdən yayınmaq üçün iz azdırmağa cəhd edib. Əvvəllər də Azərbaycan Respublikası CM-nin bir neçə maddəsi ilə məhkumluq həyatı yaşayan şəxs xarici görünüşünü, hətta yerişini dəyişməklə polis əməkdaşlarının diqqətini yayındırmağa çalışıb. 

 Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev  deyib ki, onun tapılmasına görə 159 vətəndaşdan məlumat toplanıb, 57 şəhər kamerasının görüntüləri izlənilib. Azyaşlıya qarşı qeyri-etik hərəkətlər edən şübhəli şəxs çox təcrübəli olub. Onun oğurluq və digər cinayətkar əməllərinə görə həbsxana gördüyünü xatırladan nazirlik rəsmisi, “manyak”ın dörd gün ərzində bir neçə dəfə axtarışın istiqamətini dəyişməyə çalışdığını bildirib. Əməliyyatçılar onun tutulması üçün 159  vətəndaşdan məlumat toplayıb, 57 şəhər kamerasını izləyiblər. Manyakın diqqətdən yayınmaq üçün göstərdiyi bütün cəhdlərə baxmayaraq sonunda DİN əməkdaşları tərəfindən saxlanılıb. Nazirlik rəsmisi cinayətkarın saxlanılması istiqamətində əməliyyat qruplarına köməklik göstərən vətəndaşlara təşəkkür edib.

Diaspora