Bu gün 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar ölkənin hər yerində tədbirlər keçirilir, şəhidlərin ruhu ehtiramla yad edilir.
Qaziler.az bildirir ki, yanvarın 20-də həmin hadisələr zamanı şəhid olan və 20 Yanvar simvollarından biri hesab edilən şəhid İlham Allahverdiyevin qardaşı Elxan Allahverdiyev tərəfindən ehsan süfrəsi açılıb.
Məclisdə millət vəkilləri, jurnalistlər, ictimaiyyət nümayəndələri iştirak edib. Şəhidlərin xatirəsi ehtiramla yad edilib, onların ruhuna dualar oxunub.
QAZİLER.AZ