Rəhbərlik tədbir görüləcəyinə söz verib...
Bu gün jurnalistlər “Azərbaycan” nəşriyyatının önündə aksiya keçiriblər.
Qaziler.az LAFTV-yə istinadla xəbər verir ki, aksiyaya səbəb icarə haqlarının 50 faizdən çox artırılması ilə bağlıdır. Aksiya zamanı jurnalistlər öz müraciətlərini nəşriyyat rəhbərliyinə çatdırıblar. Bildirilir ki, müraciətə cavab sabah saat 10-da veriləcək. Məlumata əsasən, jurnalistlər icarə haqları aşağı salınmayacağı təqdirdə aksiyalara davam edəcəklər.
Məsələ ilə bağlı “Azərbaycan” nəşriyyatının rəhbərliyi 20-dək jurnalisti qəbul edib. Söz verilib ki, problem Prezident Administrasiyasına çatdırılacaq.
Jurnalistlərə çoxsaylı media orqanlarından dəstək gəlməkdədir.