İran Azərbaycanda əl işləri satış mərkəzləri yaratmaq niyyətindədir

İran Azərbaycanda əl işləri satış  mərkəzləri yaratmaq niyyətindədir backend

İran Azərbaycanda əl işləri satış mərkəzləri yaratmaq niyyətindədir. Bununla bağlı məsələ İranın Mədəni İrs, Turizm və Əl İşləri Təşkilatının sədr müavini Bəhmən Namvər Mütləq ilə Azərbaycanın İrandakı səfiri Cavanşir Axundovun görüşündə müzakirə edilib.



Görüşdə B.N.Mütləq İran və Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsinin zəruriliyindən danışıb və Azərbaycanda İranın iki əl işləri satış mərkəzinin yaradılması üçün şəraitin yaradılmasını xahiş edib. Qeyd olunub ki, Azərbaycanla İranın oxşar mədəniyyəti olduğu üçün əl işləri sahəsində geniş əməkdaşlıq potensialı var. İki ölkə müştərək layihələr həyata keçirə və müştərək satış mərkəzləri yarada bilər.

Səfir C.Axundov isə Azərbaycan və İran universitetlərində iki ölkənin əl işləri haqqında kitab, broşür və elmi yazıların dərc olunmasının vacibliyini qeyd edib. Diplomat hər iki ölkənin əl işlərinin tanınması üçün qarşılıqlı sərgilərin təşkilinin önəmli rol oynadığını vurğulayıb və bu istiqamətdə işlərin həyata keçirildiyini nəzərə çatdırıb.
Diaspora