Son 4 ildə yarım milyon sosial ödəniş təyinatı proaktiv qaydada aparılıb

Son 4 ildə yarım milyon sosial ödəniş təyinatı proaktiv qaydada aparılıb backend

Keçən il 23 mini pensiya, qalanı müavinət və təqaüd təyinatı olan 231 min təyinat elektron qaydada  proaktiv şəkildə həyata keçirilib. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq sosial təminat növləri üzrə ödənişlərin təyinatı elektronlaşdırılıb. 

Nazirlikdən Qaziler.az-a bildirilib ki, Ötən dövrdə 500 min pensiya, müavinət, təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.  Onlardan 71 mini pensiya, 429 mini müavinət, təqaüd təyinatları olub.

Proaktiv təyinat mexanizmi vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən müvafiq sosial ödənişlərin təyinatının e-sistem üzərindən avtomatik aparılmasına imkan verir.

Diaspora