"Naftalandayam, axşam yeməyindən sonra çay süfrəsində 2 qazax, 1 qırğız, 1 də Rusiyadan olan tatarla söhbət edirik - təbii ki, rus dilində".
Qaziler.az xəbər verir ki, bu fikirlər iqtisadçı ekspert Natiq Cəfərliyə məxsusdur. O, qeyd edib ki, biz hələ uzun müddət Orta Asiya və Rusiyada yaşayan türklərlə rus dilində danışacağıq.
"Rus dilini bir tək Şimaldan gələn təhlükəyə görə deyil də (təhlükənin dilini bilmək vacibdir), həm də bu məsələyə görə öyrənməkdə fayda var.
Belədə ki, əhatəsinə görə ən böyük türk dili elə rus dilidir. 70 mln.-a yaxın Orta Asiyada, 20 mln.-a yaxın Rusiyada yaşayan türklər ortaq dil kimi rus dilində danışırlar və ya heç olmasa anlaşa bilirlər. Vəziyyət Türk Respublikalarının ortaq əlifbası, dili yaranana, bu məsələ oturuşana qədər belə olacaq - o da ki, yaxın 20 ildə mümkün görünmür, sovet "elitası" ilə bu iş olmayacaq.
P.S. Hələ günorta Anadolu türk qardaşımızla qazax qardaşımız arasında bir müddət tərcüməçilik də etdim".
QAZİLER.AZ