İŞİD hakerləri Azərbaycan bankının saytına hücum etdilər - YENİLƏNİB

İŞİD hakerləri Azərbaycan bankının saytına hücum etdilər - YENİLƏNİB backend

İŞİD terror qruplaşmasının saytı Azərbaycan bankı "Əmrahbank"ın saytını da dağıdıb. Lent.az-ın xəbərinə görə, hücuma bankın www.amrahbank.az və amrahbank.com ünvanında yerləşən rəsmi veb-saytları məruz qalıb.

Sayta daxil olarkən yerləşdirilmiş mətndə "İslamic Cyber Army" adlı haker qrupu tərəfindən dağıdıldığı bildirilir.

Saytda yerləşdirilmiş mətndə qeyd olunub ki, "Bu, həqiqi yolu izləyənlərdən bütün dünyada olan xaçpərəstlərə bir mesajdır".

"Biz uca Allaha and içirik ki, siz bizi rahat buraxmayınca, biz də sizi rahat buraxmayacağıq, biz öz müsəlman ölkələrimizdə sülh görməyənə qədər, siz də öz ölkənizdə sülh görməyəcəksiniz. Bizi getdiyiniz, olduğunuz hər yerdə görəcəksiniz" deyə qeyd olunub.

Mətndə müharibəni dayandırmaq üçün 7 gün vaxt verildiyi də qeyd olunub.

Bankın İdarə Heyətinin üzvü Nəcəf Cəfərli “APA-Economics”ə bildirib ki, artıq kiberhücumun fəsadları aradan qaldırılıb və bankın rəsmi saytı normal qaydada fəaliyyət göstərir. "Bildiyiniz kimi, bankımızın rəsmi saytına kibehücumlar baş tutub. Öncədən deyim ki, hücumlar bankın əməliyyat fəaliyyətinə heç bir təsir etməyib. Bizim kifayət qədər güclü mütəxəssislərimiz var və onlar dərhal hücumların fəsadlarını aradan qaldırmaqla məşğul oldular. Bunun nəticəsidir ki, saytımız qısa bir müddət ərzində normal fəaliyyətini bərpa etdi", - deyə o bildirib.

N. Cəfərli qeyd edib ki, veb-saytın bankın əməliyyat sistemi ilə bağlılığı yoxdur. Bank rəsmisi əlavə edib ki, bank heç bir ziyan görməyib və müştərilərin bank məlumatları hər bir zaman qorunur.
Diaspora