"Öncə Vətən deyib yola çıxanlara salam olsun" adlı tədbir keçirilib

"Öncə Vətən deyib yola çıxanlara salam olsun" adlı tədbir keçirilib backend

Bəstəkar Fəraim Sadiqin təşəbbüsü, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai (AVMVB) birliyinin təşkilatçılığı ilə Bakıdakı Gəncliyə Yardım Fondunun osifində "SARIKAMIŞ: "Öncə vətən" deyib yola çıxanlara salam olsun!" adlı tədbir keçirilib.
Tanınmış jurnalist Rey Kərimoğlu Qaziler.az-a bildirib ki, "Bəstəkar Fəraim Sadiqin təşəbbüsü, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai (AVMVB) birliyinin təşkilatçılığı ilə Bakıdakı Gəncliyə Yardım Fondunda Sarıkamış döyüşlərinin şəhidləri ilə bağlı "Öncə vətən" deyib yola çıxanlara salam olsun!" adlı tədbirdəyik! Ruhları şad olsun bütün şəhidlərimizin!"

Tədbirdə tarixçi alim, əməkdar jurnalist Akif Aşırlının geniş və ətraflı məruzəsi dinlənilib.

Tədbirdə F. Sadiqin "Sarıkamış şəhidləri" elegiya klipi də təqdim olundu.

Azərbaycanın ilk hərbi diktoru, vətənpərvərlik mahnılarının tanınmış ifaçısı Şəmistan Əlizamanlı Azərbaycan Türkiyə qaradaşlığını tərənnüm edən mahnı ifa edib. 

Sonda tədbirin təşkili, ellegiya-klipin hazırlanmasında əməyi olan şəxslərə fəxri diplomlar təqdim edilib.

loading...
Diaspora