Temperatur aşağı düşür: 33 dərəcə isti

Temperatur aşağı düşür: 33 dərəcə isti backend

Sentyabrın 12-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah ölkə ərazisində mülayim şimal küləyi əsəcək, ayrı ayrı-yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 19-24 dərəcə, gündüz 25-30 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 18-23, gündüz 28-33 dərəcə, dağlıq rayonlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti olacaq.
Diaspora