“Azərbaycan Dəmir Yolları”nın sədri özünə müşavir təyin etdi

“Azərbaycan Dəmir Yolları”nın sədri özünə müşavir təyin etdi backend

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov özünə müşavir təyin edib.

“Report” xəbər verir ki, bu, Aysel Soltanovadır.

O, Azərbaycan Dillər Universitetində Regionşünaslıq ixtisası üzrə bakalavr, Mərkəzi Avropa Universitetində Dövlət siyasəti sahəsində magistr təhsili alıb, 2006-2014-cü illərdə BP və P&G kimi tanınmış beynəlxalq şirkətlərdə çalışıb, 2014-2020-ci illərdə “Azərkosmos” ASC-də müxtəlif vəzifələri icra edib, o cümlədən Marketinq Departamentinə rəhbərlik edib, 2021-ci ildən isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” MMC-də baş direktorun I müavini olub.

loading...
Diaspora