Bakıda evdən meyiti tapılan dörd nəfərin ölüm səbəbi AÇIQLANDI

Bakıda evdən meyiti tapılan dörd nəfərin ölüm səbəbi  AÇIQLANDI backend

Bakıda evdən meyiti tapılan dörd nəfərin ölüm səbəbi məlum olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilir ki, yanvarın 5-də Nərimanov rayonu ərazisində yerləşən mənzillərin birində dörd nəfərin meyitinin aşkar olunması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir.

Aparılan araşdırma zamanı təyin olunmuş məhkəmə-tibbi ekspertizaları və əlavə laborator müayinələr nəticəsində müəyyən edilib ki, mərhumların ölümünə səbəb dəm qazından zəhərlənmə olub.

Diaspora