“Azərişıq" ASC abonentlər üçün 15 rəqəmli kod sistemini tətbiq edir. Səhmdar Cəmiyyətindən AZƏRTAC-a verilən məlumata görə, artıq şimal regionu və şimal-qərb regionu üzrə 15 rəqəmli kod sistemi fəaliyyətdədir.
Abonent İnformasiya Sistemi “Azərişıq” ASC-nin bütün elektrik şəbəkələrini əhatə edəcək. Vahid 15 rəqəmli kodun tətbiqi "Oracle" verilənlər bazasının üzərində qurulur. Bu sistemin tətbiqi Abonent İnformasiya Sisteminin vahid bazada birləşdirəcək və məlumat mübadiləsinin “online” rejimdə icra olunmasına imkan yaradacaq. İnformasiya sisteminin vahidliyi baş verə biləcək neqativ halların qarşısının alınması ilə yanaşı informasiyanın dəqiqliyini də təmin edəcək.
Hazırda “Azərişıq" tərəfindən ölkəmizin bütün rayon mərkəzlərində, qəsəbə və kəndlərində yeni yarımstansiyaların inşası, yararsız, istismar müddəti başa çatmış komplekt transformator məntəqələrinin yenilənməsi və müasir tipli avadanlıqla təchiz edilməsi, yeni texnologiyaların şəbəkəyə tətbiqi, yüksək peşə hazırlığına malik kadrların hazırlanması işləri davam etdirilır.