2014-cü ildə Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 1,9 min nəfər gələn və 0,8 min nəfər ölkədən gedən qeydə alınıb.
Bu barədə Lent.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Azərbaycana daimi yaşamaq üçün gələnlər arasında Rusiyadan gələn vətəndaşlar üstünlük təşkil edir. Belə ki, Azərbaycana daimi yaşamaq üçün gələnlərin ölkələr üzrə bölgüsünə gəlincə, onların 33,5%-i Rusiya, 26,4%-i Gürcüstan, 23,2%-i digər xarici ölkələrdən, 8,6%-i Türkiyədən, 4,4%-i Qazaxıstandan, 3,9%-i Ukraynadan gələnlərdir.Ölkəmizdən daimi yaşamaq üçün gedənlərin ölkələr üzrə bölgüsünə gəlincə, onların 55,7%-i Rusiyaya, 22,5%-i digər xarici ölkələrə, 12,5%-i Qazaxıstana, 4,9 %-i Türkiyəyə, 4,4%-i Ukraynaya gedənlərdir.