Qazinin ölüm səbəbi MƏLUM OLDU

Qazinin ölüm səbəbi  MƏLUM OLDU backend

Vətən Müharibəsi qazisi Zamir Osmanov yanvarın 5-də Sabunçu Tibb Mərkəzindən Kliniki Tibbi Mərkəzə decubitus xorası ağırlaşması səbəbilə köçürülüb.

 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova bildirib.

 

Onun sözlərinə görə, yanvarın 6-da qazinin vəziyyəti ağırlaşıb və sepsis diaqnozu ilə süni tənəffüs aparatına qoşulub. Bir gün sonra - yanvarın 7-də “YAŞAT” Fondunun dəstəyi ilə özəl tibb müəssisəsinə təxliyə olunub.


Zamir Osmanov Fondun dəstəyi ilə Türkiyədə də müalicə alıb. 

 

"Yanvarın 8-də pasiyentdən götürülən analizin nəticəsində COVID-19 aşkarlandığı üçün ağır vəziyyətdə Məhəmmədi Modul Tipli Xəstəxanasına hospitalizasiya olunub. Həkimlərin səyinə baxmayaraq, o, 11 yanvar 2023-cü il tarixində vəfat edib", - deyə məlumatda bildirilib.

loading...
Diaspora